“Dərinsulu Günəşli” platformasının yaxınlığında dəniz dibindən çıxarılan meyitin noyabrın 8-də səhər saatlarında həmin platformada itkin düşmüş şəxs olduğu təsdiqlənib.
“Report” xəbər verir ki, bu barədə “Azəri-Çıraq-Günəşli” yatağının işlənməsi layihəsinin əməliyyatçısı olan “BP-Azerbaijan” şirkətindən bildirilib. “Meyitin “Dərinsulu Günəşli” platformasında itkin düşmüş şəxs olduğu onun işlədiyi şirkət olan “KCA Deutag” tərəfindən təsdiq olunub. Bütün əlavə sualların müvafiq hüquq-mühafizə orqanlarına ünvanlanması xahiş olunur” - şirkətdən bildirilib.