Ağdamda ər arvadını yandırıb

17:00 - 10 Noyabr 2016 - HADİSƏ

Ağdamda ər arvadını yandırıb. APA-nın xəbərinə görə, hadisə rayonun Mahrızlı kəndində qeydə alınıb. Yanıq xəsarəti ilə Ağdam Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilən Vəliyeva Kima Zaman qızı polisə ilkin ifadəsində həyat yoldaşı İsmayıl Əliyev tərəfindən yandırıldığını bildirib.
Ağdam Rayon Polisi İdarəsindən APA-ya verilən xəbərə görə, İ. Əliyev arvadı, K. Vəliyevanın üstünə benzin tökdükdən sonra od vurub.
K. Vəliyevanın müəllim olduğu bildirilir.
Faktla bağlı araşdırma aparılır.

Xəbər xətti