Fransanın şimalında zəhərli kimyəvi maddə dolu qatar relsdən çıxıb. Ucnoqta.az trend-ə istinadən xəbər verir ki, qəzanın səbəbləri hələ məlum deyil. Məlumata görə, daşınan məhsul kimyəvi turşu olub. Dağılan maddənin əhalinin sağlamlığı üçün təhlükəli olmadığı bildirilir.
Həmin istiqamətdə dəmir yolunda qatarların hərəkəti təhlükəsizlik baxımından müvəqqəti dayandırılıb.