Ağdam rayonunda piyadanın ölümünə səbəb olan və hadisə yerindən qaçan sürücü tutulub. Ucnoqta.az "Report"a istinadən xəbər verir ki, Ağdam Rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşlarının həyata keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində rayon sakini Bəhrəm Hüseynovu avtomobillə vuraraq hadisə yerindən qaçan sürücü Fəxri Əliyev tutulub.
Qeyd edək ki, hadisə noyabrın 8-də rayonun Xındırıstan qəsəbəsinin ərazisində baş verib. B.Hüseynov naməlum avtomobil tərəfindən vurulub və hadisə yerində olub. Piyadanın ölümünə səbəb olan sürücü F.Əliyev hadisə yerindən qaçıb.
Faktla bağlı cinayət işi başlanılıb, araşdırma aparılır.