Göyçay sakini həmkəndlisini avtomobillə vuraraq öldürdü

12:54 - 10 Noyabr 2016 - HADİSƏ

Göyçay rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Ucnoqta.az "Report"a istinadən xəbər verir ki, hadisə rayonun Potu kəndi ərazisində qeydə alınıb. 

Belə ki, həmin kəndin sakini Zahid Əzizov idarə etdiyi  "VAZ-21074" markalı avtomobillə yolu keçən həmkəndlisi Güləhməd Cavadovu vurub. Nəticədə  ağır bədən xəsarətləri alan G.Cavadov Göyçay Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Xəstəxanadan bildirilib ki, yaralıya qapalı kəllə-beyin travması və bədənin müxtəlif nahiyələrinin sınıq-çıxığı diaqnozu qoyulub: "Həkimlərin müdaxilələrinə baxmayarq onun həyatını xilas etmək mümkün olmayıb".
Göyçay Rayon Polis Şöbəsi (RPŞ) tərəfindən araşdırma aparılır.

Xəbər xətti