İki piyadanı vuran qadın sürücü tutulub - Bakıda

11:42 - 10 Noyabr 2016 - HADİSƏ

Bakıda iki piyadanı vuran qadın sürücü tutulub. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Ucnoqta.az-a verilən məlumata görə, Bakı Şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsi və Binəqədi Rayon Polis İdarəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində noyabrın 8-də Bakı şəhər sakinləri Aytac Abbasovanın və Nizyan Cəbiyevanın xəsarəti ilə nəticələnən yol-nəqliyyat hadisəsini törətməkdə şübhəli bilinən "Renault" markalı avtomobilin sürücüsü - paytaxt sakini Elvira Banlıyeva saxlanılıb.

Xəbər xətti