7-8 noyabr tarixlərində paytaxtımız “Multikulturalizm və teatr” mövzusunda keçirilən IV Bakı Beynəlxalq Teatr Konfransına ev sahibliyi etdi. Konfrans çərçivəsində xarici və yerli mütəxəsislər Yuğ Dövlət Teatrının M.Mikayılovun “Medeya. Sekvensiya 01” və baş rejissor G.Ömərin “Naməlum Axundzadə” tamaşalarına baxdı. Hər iki tamaşa qonaqlar tərəfindən maraqla qarşılandı.
M.Mikayılovun “Medeya. Sekvensiya 01” tamaşası hər il Gürcüstanda keçirilən və teatr aləminin ən mötəbər festivallarından sayılan Tbilisi Beynəlxalq Teatr Festivalının təşkilatçılarından teatrşünas, doktor, professor İrina Qoqoberidzenin və festivalın koordinatoru teatrşünas Lela Oçuairinin xüsusi marağına səbəb oldu və festivala dəvət edildi.
Həmçinin Konfransın ikinci günü (8 noyabr) Yuğ Dövlət Teatrının ədəbi hissə müdiri, teatrşünas Elçin Cəfərov “Yuğ teatrı: Şərqdə Qərb paradoksu” adlı məruzə ilə çıxış etdi. E.Cəfərovun çıxışı həm yerli, həm də xarici mütəxəssislər tərəfindən maraqla qarşılandı.