İraqın paytaxtı Bağdadda baş vermiş partlayışlar zamanı 7 nəfər həyatını itirib, 31 nəfər yaralanıb.
"Anadolu" agentliyi xəbər verir ki, paytaxtın Et-Taci rayonunda yola quraşdırılmış partlayıcı qurğu hərbi maşın ərazidən keçərkən işə düşüb.
Nəticədə 1 əsgər ölüb, 4-ü yaralanıb.
Bağdadın El-Gazaliyyə bölgəsindəki qəhvəxanada baş vermiş terror aktında isə iki nəfər ölüb, 8 nəfər yaralanıb. El-Medain rayonunda isə avtomobilə quraşdırılmış bombanın partlaması nəticəsində 1 nəfər ölüb, iki nəfər yaralanıb.
Bununla yanaşı, paytaxtın digər ərazisində baş vermiş partlayışlar zamanı 2 nəfər ölüb, 17 nəfər yaralanıb.