Ucnoqta.az
www.ucnoqta.az

<b>İraqda baş vermiş partlayışlarda<font color=red> 7 nəfər ölüb, 31 nəfər yaralanıb</font></b>

11:00 - 10 Noyabr 2016 tarixində dərc olunub.

İraqın paytaxtı Bağdadda baş vermiş partlayışlar zamanı 7 nəfər həyatını itirib, 31 nəfər yaralanıb.

"Anadolu" agentliyi xəbər verir ki, paytaxtın Et-Taci rayonunda yola quraşdırılmış partlayıcı qurğu hərbi maşın ərazidən keçərkən işə düşüb.

Nəticədə 1 əsgər ölüb, 4-ü yaralanıb.

Bağdadın El-Gazaliyyə bölgəsindəki qəhvəxanada baş vermiş terror aktında isə iki nəfər ölüb, 8 nəfər yaralanıb. El-Medain rayonunda isə avtomobilə quraşdırılmış bombanın partlaması nəticəsində 1 nəfər ölüb, iki nəfər yaralanıb.

Bununla yanaşı, paytaxtın digər ərazisində baş vermiş partlayışlar zamanı 2 nəfər ölüb, 17 nəfər yaralanıb.

Müəllif: Ucnoqta.az