Xəsarət alanlar var
Samux rayonunda kütləvi dava olub. "Report"un məlumatına görə, hadisə rayonun Sərkar kəndindəki qışlaq sahədə baş verib.
Qışlaq sahəsi üstündə baş verən kütləvi davada kənd sakinləri, 1991-ci il təvəllüdlü Seymur Əli oğlu Dünyamalıyev və 1987-ci il təvəllüdlü Gülbəniz Ramiz qızı Əsgərova müxtəlif bədən xəsarətləri alıblar. Yaralılar öncə Samux rayon Mərkəzi Xəstəxanasına oradan da Gəncə şəhər Təcili Tibbi Yardım Xəstəxanasına aparılıb.
Həkimlər tərəfindən göstərilən tibbi yardımlardan sonra travmatologiya şöbəsinə yerləşdirilən hər iki zərər çəkənin vəziyyəti orta-ağır olduğu bildirilir.
Faktla bağlı Samux Rayon Polis Şöbəsində araşdırma aparılır.