Kürdəmir rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Hadisə rayonun Sor-Sor kəndi ərazisində qeydə alınıb. Belə ki, Laçın rayon sakini Ramil Məcnunov idarə etdiyi "Mercedes" markalı avtomobillə hərəkətdə olarkən idarəetməni itirib və avtomobili aşırıb. Kürdəmir Mərkəzi Rayon Xəstəxanasına (MRX) yerləşdirilən yaralı orada ölüb.
Faktla bağlı araşdırmalara başlanılıb.