Balakəndə baş verən ağır yol-nəqliyyat hadisəsində 1 nəfər ölüb, 4 nəfər xəsarət alıb.
Ucnoqta.az apa-ya istinadən xəbər verir ki, hadisə bu gün səhər saat 07:00 radələrində Yevlax-Zaqatala-Gürcüstan sərhəd magistral yolunun Balakən rayonunun Qazbinə kəndi ərazisindən keçən hissəsində baş verib. Balakən rayon Talalar kənd sakini, 1962-ci il təvəllüdlü Bayram Əsəbəli oğlu Xanmədov idarə etdiyi “VAZ 21074” markalı minik avtomobili ilə Zaqatala rayonu istiqamətində hərəkətdə olarkən qarşıdan gələn “Kamaz” markalı yük maşını ilə toqquşub. Nəticədə B. Xanmədov və onun həmkəndlisi olan sərnişinləri - 1964-cü il təvəllüdlü Əmirxan Musa oğlu İsmayılov, 1959-cu il təvəllüdlü Pəri Əsədulla qızı Ömərova, 1958-ci il təvəllüdlü Ramiz Əziz oğlu Şahverdiyev və 1969-cu il təvəllüdlü Reyhan Sabir qızı Murtuzova müxtəlif dərəcəli bədən xəsarətləri alıblar. Onlar Balakən Rayon Mərkəzi Xəstəxanasına aparılıblar.
Faktla bağlı araşdırma aparılır.
Xəstəxanadan bildirilib ki, B.Xanmədov xəstəxanaya daxil olduqdan bir qədər sonra keçinib. Digər yaralılar xəstəxananın cərrahiyyə şöbəsinə yerləşdirilib, müayinə və müalicələri davam etdirilir, vəziyyətləri orta-ağır qiymətləndirilir.
Faktla bağlı araşdırma aparılır.