Vergilər Nazirliyi vergi borcuna görə ölkədən getmə hüququ məhdudlaşdırılmış hüquqi şəxslərin icra orqanları rəhbərlərinin adını açıqlayıb.
Ucnoqta.az xəbər verir ki, bu barədə nazirlikdən verilən məlumata görə, 7 noyabr tarixinə vergi borcu olduğuna görə 684 müəssisə rəhbərinin ölkədən çıxması qadağan edilib.
Ölkədən çıxışına qadağa qoyulan şəxslər arasında 9 nəfər xarici vətəndaş da var.
Nazirlik vergi ödəyicilərinin borcunu açıqlamayıb.