Astara rayon sakinindən 500 manata "Makarov" tipli tapança alan şəxs tutulub. "Report"un məlumatına görə, noyabrın 2-də Lənkəran şəhər sakini sakini Mahir Məmmədov "Makarov" tapançası ilə tutulub.
Lənkəran Şəhər Rayon Polis Şöbəsinin (ŞRPŞ) əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri zamanı məlum olub ki, M.Məmmədov həmin silahı Astara rayon sakini Sücayət Hacızadədən 500 manata alıb.
Lənkəran ŞRPŞ-nin əməkdaşları tərəfindən davam etdirilən əməliyyat-axtarış tədbirləri nəticəsində S.Hacızadə də tutularaq istintaqa cəlb edilib.
Faktla bağlı araşdırmalar davam etdirilir.