Ötən həftəsonu Bakıda Beynəlxalq Banka məxsus bir sıra bankomatlarda pul qıtlığı yaranıb. Məsələ ilə bağlı “Qafqazinfo”nun sorğusuna cavab olaraq Azərbaycan Beynəlxalq Bankının mətbuat xidmətindən bildirilib ki, noyabr ayının ilk günlərində bəzi bankomatlarda vəsait çatışmazlığı əmək haqlarının ödənişi ilə əlaqədar nağdlaşdırma əməliyyatlarının kütləviləşməsi ilə bağlı olub: “Artıq bu gündən problem tam həllini tapıb. Bankın bütün bankomatları inkassasiya edilib. Müştərilər nağdlaşdırma əməliyyatlarını indi Azərbaycan Beynəlxalq Bankının istənilən bankomatında maneəsiz həyata keçirə bilərlər”.