Avtomobil velosipedçiləri vurdu: 1 ölü, 5 yaralı

11:33 - 7 Noyabr 2016 - HADİSƏ

Kanadada  minik avtomobili bir qrup velosipedçini vurub. Ucnoqta.az Rusiya mətbuatına istinadən xəbər verir ki,  insident Riçmond şəhərində (Britaniya Kolumbiyası əyaləti) qeydə alınıb.

Qəza nəticəsində 1 velosipedçi ölüb, 5-i xəsarət alıb. Yaralılardan ikisinin vəziyyəti ağır kimi qiymətləndirilir.  Ərazi nəqliyyatın hərəkəti üçün bağlanıb.
Qəzanın səbəbləri müəyyənləşdirilir.

Xəbər xətti