Son iki sutka ərzində Haitidə baş verən daşqınlar nəticəsində 10 nəfər ölüb. Reuters agentliyinin yaydığı xəbərə görə, bu barədə Haiti daxili işlər nazirliyinin nümayəndəsi bildirib.
Onun sözlərinə görə, 7 nəfər adanın şimalında yerləşən Kap-Etyen şəhəri, daha 3 nəfər isə ölkənin digər departamentlərində təbii fəlakətin qurbanı olub. Ölənlərin arasında uşaqların da olduğu bildirilir. Daşqınlar aramsız yağan yağışlar nəticəsində baş verib.
Qeyd edək ki, ötən ay Haitidə 1000-dək insan “Metyu” qasırğasının qurbanı olub.