Moskvada maskalı şəxslər bank qarət ediblər. “Qafqazinfo” rus KİV-nə istinadən xəbər verir ki, naməlum şəxslər kommersiya bankının kassasından 2 milyon rubl oğurlayıblar. Bildirilir ki, soyğunçular 8 nəfər olublar və bankın mühafizəçisini yaralayıblar. Hazırda hüquq-mühafizə orqanları həmin şəxslərin kimliyini müəyyən etməyə çalışır.