Dağıstanın Xasavyurt rayonunda 4 silahlı zərərsizləşdirilib. “Report” TASS-a istinadən xəbər verir ki, onların arasında Xasavyurtda fəaliyyət göstərən cinayətkar dəstəsinin başçısı da var. Məlumata görə, noyabrın 4-də gecə saatlarında Xasavyurtda avtomobillərin yoxlanılması zamanı saxlanılan maşınlardan birinin salonundan atəş açılıb. Cavab atəşi nəticəsində avtomobilin salonundakı 4 nəfər öldürülüb.