Abşeron rayonunda intihar hadisəsi baş verib.Bu barədə Trend-ə Abşeron rayon prokurorluğundan məlumat verilib. Hadisə noyabrın 3-də saat 16 radələrində baş verib. Rayonun Masazır qəsəbəsində kirayədə yaşayan Lerik rayon sakini, 1999-cu il təvəllüdlü Əmirov Asiman Şükür oğlu yaşadığı evdə özünü asıb.
Faktla bağlı Abşeron rayon prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi açılıb.