Hindistanın paytaxtı Dehlidə 20 avtomobilin toqquşması ilə qəza baş verib. Trend məlumat verir ki, qəza qatı tüstü səbəbindən baş verib. Avtoqəzanın Yamuna avtomagistralında baş verdiyi bildirilir. Xəsarət alanlar xəstəxanaya yerləşdirilib. Qatı tüstü dumanı isə artıq neçə gündür ki, Dehlini bürüyüb. Bu tüstünün ölkədə qeyd olunan Divali "od bayramı"nın fəsadları olduğu qeyd edilir.