"Qarabağ" Avropa Liqasının qrup mərhələsində növbəti oyununa çıxır

11:10 - 3 Noyabr 2016 - İDMAN

Bu gün Avropa Liqasının qrup mərhələsində IV turun oyunları keçiriləcək. Təmsilçimiz “Qarabağ” da növbəti oyununa çıxacaq. Ağdam klubu səfərdə PAOK-un qonağı olacaq.

Bakıda keçirilən oyunda rəqibini məğlub edən (2:0) Qurban Qurbanovun komandası bunu Salonikidə də etməyə çalışacaq. “Qarabağ” heç-heçə sayəsində də qrupdakı vəziyətini yaxşılaşdıra bilər. 
Komandamız səfərdə qazanılan bir xal sayəsində də PAOK-u qabaqlayaraq ikinci pilləyə yüksələ bilər.
Qrupun digər oyununda “Fiorentina” “Slovan”ı qəbul edəcək.


3 noyabr
Avropa Liqası, IV tur
J qrupu

00:05. PAOK (Yunanıstan) – “Qarabağ”
Baş hakim: Con Biton
Baş hakimin köməkçiləri: Duqlas Potter, Alastair Mater
Saloniki. “Tumba” stadionu

00:05.”Fiorentina” (İtaliya) – “Slovan” (Çexiya)

Xəbər xətti