Cümə axşamına keçən gecə İtaliyanın mərkəzində yeni güclü yeraltı təkan qeydə alınıb. "Report" xəbər verir ki, titrəyiş paytaxt Roma şəhəri ərazisində aydın şəkildə hiss olunub.
İtaliya Geofizika və Vulkanalogiya Milli İnstitutunun məlumatına görə, yeraltı təkanın gücü 4,8 bal təşkil edib. Onun episentri Maçerata əyalətinə düşüb. Ölən və yaralananlar barədə hələ ki, məlumat yoxdur.
ABŞ Geoloji Xidmətinin məlumatına görə, zəlzələ 5 bal gücündə Pyuve-Torina kommunasından 4 km. cənub-qərbdə qeydə alınıb.