“Oyuq”dan yeni tamaşa

17:46 - 2 Noyabr 2016 - Mədəniyyət

Abdulla Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrı nəzdindəki “Oyuq” teatr-studiyası yeni səhnə işi ilə tamaşaçılarının görüşünə gələcək. Teatrın mətbuat xidmətindən ucnoqta.az-a verilən məlumata görə, belə ki, noyabrın 8-də studiyanın balaca istedadlarının təqdimatında “Cadugər və gözəl” adlı tamaşanın premyerası keçiriləcək.

9 Noyabr – Azərbaycan Respublikasının Dövlət Bayrağı Günü münasibətilə nümayiş olunacaq tamaşanın ssenari müəllifi Səidə Haqverdiyeva, quruluşçu rejissoru Cəmilə Allahverdiyeva, quruluşçu rəssamı İqbal Əliyevdir.
Balacalara dürüstlük, sədaqət, şücaət  və sevgi aşılayan tamaşanın əsas qayəsi xeyirin şər üzərində qələbəsinə inamdır.
Məşhur nağıl qəhrəmanlarının, balacaların sevimli cizgi filmi personajlarının  toplandığı tamaşa-buketin ardınca studiyanın istedadlarının təqdimatında rəngarəng konsert proqramı da təqdim olunacaq.
Tamaşada əsas rolları  studiyanın həvəskarları  Vüsalə Bəkirzadə, Mətin Vəzirov, Aysun Əlimirzəyeva, Arif Əliyev, Məryəm Əsədova, Ağa Seyidov, Ayşə Cəfərli, İsmayıl Əliyev, Selcan Xatun, Aylin Nəcəfli ifa edirlər.
Qeyd edək ki, tamaşda əsas obrazları studiyaya yeni istedadların cəlbi məqdəsilə elan olunan müsabiqədə seçilən uşaqlar canlandırır.
Xatırladaq ki, 5-15 yaş uşaqlar arasında baş tutan müsabiqədə 160 nəfərdən artıq uşaq iştirak edib və onların arasından 20 həvəskar studiyanın sıralarına cəlb olunub.

 

Xəbər xətti