İtaliyanın 21 yaşlı şahzadəsi Filippo Korsini Londonda yük maşınının təkərləri altında qalaraq ölüb. “Report” “RİA Novosti”yə istinadən xəbər verir ki, o, İtaliyanın ən qədim sülalələrindən birinin təmsilçisi idi.
Məlumata görə, şahzadə London universitetlərindən birində təhsil alırmış və dərsə velosipedlə gedirmiş. Londonun Naytsbric rayonunda onun verlosipedi yük maşınına ilişib və avtomobil şahzadəni 30 metrədək sürüyüb.
Xəbərdə bildirilib ki, F.Korsini Florensiyanın qədim aristokratik sülalələrindən birinin nümayəndəsidir. Roma Papası XII Kliment (dünyada Lorentso Korsini adı ilə də tanınır) də onun əcdadlarından sayılır.