Noyabrın 1-də "Bakı Fond Birjası" QSC-də (BFB) "Savalan" ASC-nin səhmlərinin alqı-satqısı üzrə əqd bağlanılıb. Bu barədə "Report" BFB-yə istinadən xəbər verir.
Məlumata görə, əqd müəssisənin 20 səhminin təkrar bazarda, alternativ seqmentdə realizə edilməsini nəzərdə tutur. Qiymətli kağızların nominal dəyəri 2 manat olsa da, onlar 43,5% baha - 2,87 manata alınıb-satılıb.
Ötən gün Birjada həmçinin "Dərnəgülsənayetikinti" ASC-nin 20 səhmi üzrə təkrar sövdələşmə qeydə alınıb. Bu müəssisənin səhmləri nominal dəyərindən 31,5% çox - 2,63 manata alternativ bazar seqmentində realizə olunub.
Xatırladaq ki, "Savalan" ASC 1998-ci ildə, "Dərnəgülsənayetikinti" ASC isə 2004-cü ildə yaradılıb. Səhmdar cəmiyyətlərin nizamnamə kapitalı müvafiq olaraq 2 416 824 manat və 756 038 manatdır.