2016-cı ilin oktyabr ayında Azərbaycan Mərkəzi Bankının (AMB) sərəncamında olan valyuta ehtiyatları sentyabr ayı ilə müqayisədə 127,2 milyon dollar azalaraq (3,08 faiz) 4 005,5 milyon dollar həddinə çatıb. Trend-in məlumatına görə, bu barədə AMB-nin statistik məlumatlarında qeyd olunub.
İlin əvvəlindən Mərkəzi Bankın valyuta ehtiyatları 1011,2 milyon manat və ya 20,2 faiz azalıb.