Sirkə turşusu içən Bakı sakini xəstəxanada ölüb. Daxili İşlər Nazirliyinin rəsmi saytında verilmiş məlumata görə, oktyabrın 27-də paytaxtın Nizami rayonu ərazisində yaşayan Qafar Orucov sirkə turşusu içib. Xəstəxanaya yerləşdirilən Q.Orucov noyabrın 1-də orada ölüb.
Faktla bağlı araşdırma aparılır.