Çində kömür şaxtasında ölənlərin sayı 33 nəfərə çatıb. Bu barədə "CCTV" telekanalı məlumat yayıb.
Məlumata görə, hadisə ölkənin Laysu şəhərində baş verib. Partlayış zamanı yerin altında 35 nəfər olub. Onlardan ikisi şaxtadan çıxmağa müvəffəq olublar.
Artıq şaxtada axtarış xilasetmə tədbirləri dayandırılıb.
Qeyd edək ki, ilkin məlumatda hadisə zamanı 15 nəfərin həlak olduğu bildirilirdi.