Papua-Yeni Qvineya sahillərində 5,9 bal gücündə zəlzələ baş verib. "Report"un məlumatına görə, bu barədə ABŞ-ın Geologiya Xidməti məlumat yayıb. Məlumata görə, yeraltı təkanların episentri Finşxafen şəhərindən 100 kilometr şərqdə yerləşib. Zəlzələ ocağı isə 35 kilometr dərinlikdə olub. Dağıntı və tələfat barəsində məlumat verilmir. Sunami təhlükəsi elan olunmayıb.