Gəncədə "VAZ-2106" "Volksvagen" ilə toqquşub: 3 ölü, 4 yaralı

12:06 - 1 Noyabr 2016 - HADİSƏ

Gəncədə ağır yol nəqliyyat hadisəsi baş verib. Daxili İşlər Nazirliyindən verilmiş xəbərə görə, oktyabrın 31-də saat 21 radələrində Nizami (Gəncə) rayonunun Sevinc qəsəbəsində Gədəbəy rayon sakini Rafiq Hüseynovun idarə etdiyi "VAZ-2106" və Şəmkir rayon sakini Ricad Qafarovun idarə etdiyi "Volksvagen" markalı avtomobillər toqquşub.
Qəzada R.Hüseynov və sərnişini Nicat Ələkbərov, habelə R.Qafarovun sərnişinlərindən Vüsal Əhmədov hadisə yerində ölüb, R.Qafarov və 3 sərnişini xəstəxanaya yerləşdirilib.
Nizami (Gəncə) RPİ tərəfindən hadisə ilıə bağlı araşdırma aparılır.

Xəbər xətti