Londonun cənubunda yerləşən Kroydon rayonunda naməlum şəxsin bıçaqla insanlara hücum etməsi nəticəsində 1 nəfər blüb, 2 nəfər ağır yaralanıb. "Report" xəbər verir ki, bu barədə çərşənbə axşamı Britaniyanın "The Guardian" qəzeti yazıb. Hücum bazar ertəsi, London vaxtı ilə 20:00 radələrində Hellouinin bayram edilməsi zamanı insanların sıx olduğu küçələrdən birində qeydə alınıb. Yaralıların təqribən 20 yaşında olduqları bildirilir. Onların səhhəti barədə məlumat verilmir.