İtaliyanın Milan şəhərindən olan və FİFA-nın Dünya kubokunun dizaynını hazırlayan heykəltəraş və zərgər Silvio Qassanya 95 yaşında dünyasını dəyişib. "Report" xəbər verir ki, bu barədə "La Gazzetta dello Sport" nəşri yazıb. Dünya kuboku 1974-cü ildən futbol üzrə dünya çempionu olan komandaya verilir.
Onun əl işləri arasında UEFA kuboku və Avropa superkuboku da var.