Kürdəmirdə poliklinikada yanğın hadisəsi baş verib. FHN-in saytında verilmiş məlumata görə, Səhiyyə Nazirliyinə məxsus ümumi sahəsi 2940 m2 olan ikimərtəbəli poliklinika binasının zirzəmisində elektrik kabeli 4 p.m yanıb. Yanğın zamanı poliklinikanın 1-ci mərtbəsindən yanğınsöndürənlər tərəfindən 22 nəfər (onlardan 9 nəfər uşaq, 13 nəfər xəstə ) tüstülənmiş ərazidən təxliyə olunub. Poliklinika binası yanğından mühafizə olunub.