Yük təyyarəsi radarlardan itib

14:37 - 31 Oktyabr 2016 - HADİSƏ

İndoneziyada “Trigana Air” şirkətinə məxsus təyyarə radarlardan itib. Oxu.az xəbər verir ki, bu barədə ölkənin Nəqliyyat Nazirliyinin rəsmi nümayəndəsi Bambanq Ervan bildirib. 

De Havilland Canada DHC-4 Caribou hərbi-nəqliyyat təyyarəsi Yeni Qvineyanın Timika şəhərindən Papua əyalətinin İlaqa şəhəri istiqamətində havaya qalxıb. 
Nazirliyin məlumatına görə, təyyarə yerli vaxtla saat 08:22 (Bakı vaxtı ilə saat 05:22) eniş etməli idi, amma bir dəqiqə sonra radarlardan itib. 
Hazırda itən təyyarənin axtarışları aparılır. Nəşrin məlumatına görə, göyərtədə dörd heyət üzvü olub.

Xəbər xətti