Ölümlə nəticələnən yol qəzası baş verdi - Cəlilabadda

11:43 - 31 Oktyabr 2016 - HADİSƏ

Cəlilabad rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. "Report" xəbər verir ki, hadisə Ələt-Astara magistralının Göytəpə şəhəri ərazisindən keçən hissəsində qeydə alınıb. 

Belə ki, Masallı rayon sakini Qeyrət Allahverdiyev idarə etdiyi "VAZ-2107" markalı avtomobillə hərəkətdə olarkən idarəetməni itirib və "KamAZ" markalı yük maşını ilə toqquşub. Nəticədə "VAZ-2107"-nin sürücüsü Q.Allahverdiyev hadisə yerində ölüb.
Faktla bağlı araşdırmalara başlanılıb.

Xəbər xətti