Maltanın cənubunda, beynəlxalq hava limanı yaxınlığında əvvəlcə güclü, ardınca isə bir qədər zəif silsilə partlayışlar baş verib.
"Report" xəbər verir ki, hadisə nəticəsində zərər çəkən olmayıb.
İnsidentin Qudnya kəndində yerləşən fişəng istehsalı fabrikində baş verdiyi ehtimal olunur. Hadisə aeroport ərazisindən 100 metr aralıda qeydə alınıb.
Şahidlərin sözlərinə görə, partlayış dalğası o qədər güclü olub ki, hava limanının terminallarından birində hiss olunub.
Nəşr yazır ki, bir neçə reys təxirə salınıb.