Axşam saatlarında Goranboyda piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. 1964-cü il təvəllüdlü rayon sakini Babayev Vidadi Həbib oğlu yolu keçmək istəyərkən "QAZ - 3110" markalı avtomobil tərəfindən vurulub. Ağır xəsarətlər alan piyada Gəncə şəhər Təcili Tibbi Yardım Xəstəxanasına aparılarkən yolda keçinib. Faktla bağlı Goranboy rayon Polis şöbəsində araşdırma aparılır.