Bakıda ölümlə nəticələnən ağır yol qəzası baş verib. Ucnoqta.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumatda bildirilir ki, oktyabrın 27-də saat 09 radələrində Suraxanı rayonunun Bülbülə qəsəbəsində Bakı şəhər sakini Gülnarə Şirinova idarə etdiyi "Mersedes" markalı avtomobillə yolu keçən həmyerlisi 50-55 yaşlı Dadaş Dadaşovu vurub və nəticədə ağır xəsarətlər alan piyada hadisə yerində ölüb.
Faktla bağlı Suraxanı rayon Polis İdarəsində araşdırma aparılır.