Qəza zamanı yol təsərrüfatına ziyan dəyib - FOTO

11:43 - 28 Oktyabr 2016 - HADİSƏ

Ötən gün gecə saatlarında Nəriman Nərimanov rayonunda baş verən yol qəzası zamanı yol təsərrüfatına ziyan dəyib. "Azəravtoyol" ASC-dən verilən məlumata görə, “Lada Priora” markalı avtomobilin Ziya Bünyadov prospektinin Atatürk prospekti ilə kəsişməsində yerləşən yol ötürücüsündə “20 yanvar dairəsi” istiqamətində hərəkətdə olarkən körpünün mühəccərlərinə çırpılıb, nəticədə mühəccərlərin bir hissəsi dağılıb və deformasiyaya uğrayıb.

Hadisə yerinə baxış keçirilərkən məlum olub ki, qəza zamanı yol ötürücüsünün 8 paqon-metr məhəccəri dağılıb və deformasiyaya uğrayıb, nəticədə yol təsərrüfatına təqribən 1200 manat ziyan dəyib. Dəymiş ziyanla bağlı fakt aktlaşdırılaraq, aidiyyatı üzrə göndərilib.


Xəbər xətti