Gəndob-Yalama yolunda iki maşın toqquşub, xəsarət alan var

11:41 - 28 Oktyabr 2016 - HADİSƏ

Bu gün səhər saatlarında Gəndob-Yalama yolunda yol-nəqliyyat hadisəsi baş verib. Apa-a xəbər verir ki, magistralın 6-cı km-də 40 BP 184 dövlət nömrə nişanlı “Mercedes” markalı avtomaşınla 99 BA 652 dövlət nömrə nişanlı “Mitsubishi” markalı maşın toqquşub. Nəticədə iki nəfər xəsarət alıb. Onlar Şabran Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib. 

Faktla bağlı araşdırma aparılır.

Xəbər xətti