Türkiyədə 59 əyalətin təhlükəsizlik idarələrinin rəisləri dəyişdirilib.
"Haber 7" xəbər verir ki, onlardan 34-nə Türkiyə Daxili İşlər Nazirliyinin Təhlükəsizlik Baş İdarəsində vəzifə verilib, vəzifədən azad olunan idarə rəislərindən 24-nün və 2 bölgə rəisinin iş yeri dəyişdirilib.
Məlumata görə, 37 nəfər ilk dəfə idarə rəisi, 31 nəfər isə ilk dəfə bölgə rəisi təyin edilib.
Qeyd edək ki, Türkiyədə 81 əyalət var.