ABŞ səfirinin iqamətgahına fişəng atılıb - Moskvada

09:59 - 26 Oktyabr 2016 - DÜNYA

Rusiya polisi ABŞ səfirinin Moskvadakı iqamətgahına Amerika qoşunlarının Avropa ərazisindən çıxarılması tələbinin yazıldığı vərəq və fişəng atan üç gənci saxlayıb. "Report" xəbər verir ki, bu barədə hüquq-mühafizə orqanlarındakı mənbəyə istinadən TASS məlumat yayıb. "Moskvanın mərkəzində icazəsiz aksiya keçirdiyinə görə üç gənc insan saxlanılıb", - deyə agentliyin həmsöhbəti bildirib.

Xəbər xətti