® ALBUKART indi cəmi 3 AZN-ə!

14:14 - 25 Oktyabr 2016 - MEDİA

Azərbaycanın İlk Mobil Operatoru və Aparıcı Mobil İnternet Provayderi Bakcell şirkəti və Azərbaycanda pərakəndə bank xidmətləri bazarının liderlərindən biri olan Unibank böyük məmnuniyyətlə birgə təqdim etdikləri ALBUKART adsız debet kartının əlavə üstünlüklərini açıqlayır. İndi cəmi 3 AZN ödəməklə 18 yaşına çatmış istənilən şəxs kampaniya çərçivəsində ALBUKART  əldə edərək aşağıdakı üstünlükləri qazanacaq:
-    SMS bankinq xidmətinə pulsuz qoşulma
-    Nağdlaşdırma komissiyası cəmi 1%
-    Kart əldə edərkən ona bağlı nömrəyə “Bakcell”dən 50 dəq. şəbəkədaxili danışıq hədiyyə  
-    “ALBUKART”la Bakcell nömrəsinin balansına yüklənən  hər 5 AZN üçün karta bağlı  nömrəyə Bakcell tərəfindən 30 dəq.  şəbəkədaxili danışıq hədiyyə 
-    Kartı Unibank-da ada rəsmiləşdirməklə həm karta yerləşdirilən vəsaitə illik 6%-dək depozit faizi, həm də kartın istifadə imkanlarından daha çox faydalanmaq fürsəti
-    Alış-veriş zamanı 20%-dək cashback (ödənişin müəyyən bəbləğinin geri qaytarılması)
ALBUKART adsız debet kartı bazarda ilk unikal kartdır ki, bankda hesab açmadan anonim şəkildə maliyyə xidmətlərindən istifadə etmək üçün fərqli imkanlar yaradır. Kart  sahibini dünyanın istənilən ölkəsində plastik ödəmə kartlarını qəbul edən bütün satış nöqtələrində alış-veriş zamanı nağd ödəmə yükündən azad edir və bir sıra üstünlüklər verir. Karta vəsaiti istənilən vaxt Unibank-ın cash-in ATM-ləri və eManat ödəmə terminalları vasitəsilə yükləmək olar.
“ALBUKART”ı Unibankın Bakı filialları və “Bakcell”in xidmət mərkəzlərinə müraciət edərək cəmi 3 AZN-ə əldə etmək olar. Bakcell şirkətinin təklif etdiyi bonuslardan faydalanmaq üçün ALBUKART yalnız Bakcell nömrəsinə qoşulmalıdır.
ALBUKART barədə daha ətraflı məlumat üçün keçid: http://www.bakcell.com/az/albukart
***
Bakcell haqqında 
Azərbaycanın İlk Mobil Operatoru və Aparıcı Mobil İnternet Provayderi Bakcell şirkəti müasir mobil kommunikasiya xidmətləri istifadəçilərinə geniş çeşiddə məhsullar təklif edir. Bakcell, Sür@ ticarət nişanı adı altında öz abunəçilərinə ən mükəmməl 3G və 4G mobil internet xidməti göstərir. 
5300-dən artıq baza stansiyası sayəsində Bakcell şəbəkəsi əhalinin 99%-ni, ölkə ərazisinin isə 93% -ni (işğal olunmuş ərazilər istisna olmaqla) əhatə edir. İnnovasiyalar sahəsində lider olan Bakcell şirkəti öz Sür@ xidməti və yeni əməkdaşlıqlar vasitəsilə Azərbaycan xalqını ən yüksək səviyyəli mobil internet xidmətləri ilə təmin edir. “Bakcell”in 3G xidməti Azərbaycanın bütün regionlarında mövcud olmaqla əhalinin 93%-ni əhatə edir. 
Bakcell və onun məhsul və xidmətləri haqqında ətraflı məlumat əldə etmək üçün, xahiş edirik, www.bakcell.com internet səhifəsinə daxil olun və ya 555-ə zəng edin. Press-relizlərlə tanış olmaq üçün www.bakcell.com/az/news (və ya İngilis dili üçün www.bakcell.com/en/news) səhifəsinə daxil olun. 
Qeyri-Bakcell abunəçiləri isə 055 0000 555 nömrəsinə zəng etməklə Bakcell-in xidmətləri haqqında məlumat əldə edə bilərlər.
***
Unibank haqqında
Unibank Kommersiya Bankı ASC 15 oktyabr 2002-ci il tarixində Azərbaycanın iki qabaqcıl kommersiya bankının – MBANK (1992-ci ildə təsis edilib) və PROMTEXBANK-ın (1994-cü ildə təsis edilib) birləşməsi nəticəsində yaranmışdır. İndi Unibank ölkədə fəaliyyət göstərən ən iri banklardan biridir. Hal-hazırda bankın yüz minlərlə korporativ və fiziki müştəriləri var.
Unibank öz səhmdarları arasında Avropa Yenidənqurma və İnkişaf Bankının (AYİB) olduğu Azərbaycanda ilk bank olmuşdur. Bankın səhmdarları arasında Alman investisiya şirkəti DEG də var. 
Unibank-ın fəaliyyəti beynəlxalq reytinq agentlikləri tərəfindən həmişə yüksək qiymətləndirilmişdir. Moody’s Investors Service və Fitch Ratings beynəlxalq reytinq agentlikləri Unibank-ın reytinqi üzrə “sabit” proqnozunu təsdiq ediblər.
Unibank hazırda paytaxt və bölgələri əhatə edən geniş filial şəbəkəsi ilə ölkə vətəndaşlarının xidmətindədir. Müştərilərin rahatlığı naminə Unibank-ın filialları həftənin 5 günü nahar fasiləsi olmadan səhər saat 09.00-dan axşam 17.00-dək, şənbə günləri isə 10.00-dan 14.00-dək fəaliyyət göstərir. 
Unibank ölkənin qabaqcıl banklarından biridir. Onun maliyyə bazarında rolu müxtəlif beynəlxalq maliyyə institutları və KİV tərəfindən dəfələrlə yüksək qiymətləndirilmişdir. Təsadüfi deyil ki, dünyanın nüfuzlu maliyyə nəşrlərindən olan  “The Banker” jurnalının xüsusi qiymət komissiyasının ekspertləri 2014-cü ilin maliyyə nəticələrinə, innovativ fəaliyyətlərinə və inkişaf strategiyasına görə Unibank-ı pərakəndə müştərilərə xidmət üzrə Azərbaycanda “Ən yaxşı riteyl bank” nominasiyası üzrə mükafatlandırıb. Unibank, həmçinin, Azərbaycanda iqtisadiyyatın real sektorunun inkişafına verdiyi maliyyə dəstəyinə görə 2015-ci ildə “Uğur” Milli Mükafatına layiq görülüb.
Ətraflı məlumatı (012) 117 nömrəli telefondan, Bankın saytından (www.unibank.az) və yaxud facebook və twitter səhifələrindən (www.facebook.com/unibank.az , https://twitter.com/unibank) əldə etmək olar.
Unibank-hər kəsin bankı!

Xəbər xətti