Qatar qəzasında ölənlərin sayı 80-ə çatıb

11:01 - 25 Oktyabr 2016 - HADİSƏ

Kamerunda baş vermiş qatar qəzası nəticəsində ölənlərin sayı 80 nəfərə çatıb. Avtosfer.az Rusiya mətbuatına istinadən xəbər verir ki, hadisə zamanı 600-dən çox insan xəsarət alıb. Ölkənin nəqliyyat naziri Edqar Mebe Nqo bildirib ki, ölənlərin sayı arta bilər. Onun sözlərinə görə, dağıntılar arasında daha bir neçə nəfər qalıb.

Qeyd edək ki, sərnişin avtobusu ölkə paytaxtı Yanudadan Kamerunun iqtisadi mərkəzi və ən iri şəhəri sayılan Duala istiqamətində hərəkətdə olub. Yolun 120 km-də qatar relsdən çıxıb və bir neçə sərnişin vaqonu aşıb.
Faktla bağlı araşdırma aparılır.  

Xəbər xətti