Hindistanın şərqi Odişa ştatında polislə silahlı qruplaşma üzvləri arasında baş vermiş atışmada 18 cinayətkar öldürülüb. Bu barədə "Sinxua" agentliyi məlumat yayıb.
Məlumata görə, atışma Malkanqri rayonunda – Odişa-Bxubaneşvar ştatının mərkəzindən 650 kilometr cənub-qərbdə baş verib. "Bu gün Andxra-Pradeş və Odişinin birləşmiş xüsusi polis dəstələri azı 18 naksaliti məhv ediblər" – deyə polis məmuru bildirib.
Onun sözlərinə görə, atışma birgə komandanın meşə ərazisində axtarış əməliyyatı apararkən, gecə saatlarında baş verib. Əməliyyat zamanı həmçinin 2 polis əməkdaşı da yaralanıb. Onlar xəstəxanaya yerləşdiriliblər.
Qeyd edək ki, naksalitlər Hindistanda silahlı kommunistlərin, maosistlərin qeyri-rəsmi adıdır.