Ağır yol qəzası: 8 ölü, 20 yaralı

12:35 - 24 Oktyabr 2016 - HADİSƏ

Mərakeşdə ağır yol qəzası baş verib. Ucnoqta.az Rusiya mətbuatına istinadən xəbər verir ki, hadisə Kasablanka şəhəri yaxınlığında qeydə alınıb.

Bərrəşid şəhərinə yollanan nəqliyyat vasitəsinin aşması nəticəsində azı 8 nəfər ölüb, 20 nəfər xəsarət alıb.

Hadisənin təfərrüatları barədə məlumat verilmir.

Mərakeş nəqliyyat nazirliyinin hesablamalarına görə, bu il müxtəlif  yol-nəqliyyat hadisələri nəticəsində 4 minədək insan həyatını itirib.

Xəbər xətti