Yasamaldakı dava ilə bağlı rəsmi açıqlama: Saxlanılan yoxdur

11:47 - 24 Oktyabr 2016 - HADİSƏ

Bakının Yasamal rayonu, Abbas Məcid Şərifzadə küçəsindəki dava ilə əlaqədar saxlanılan yoxdur. Bu barədə Trend-ə Yasamal rayon Polis İdarəsinin 28-ci Polis bölməsindən məlumat verilib. Bildirilib ki, hadisə nəticəsində iki nəfər xəsarət alıb. Hər iki şəxs bir-birinə xəsarət yetirib: "Hələlik saxlanılan yoxdur, döyülmə faktı olduğundan iş təhqiqata verilib. Hazırda faktla bağlı təhqiqat aparılır". Xatırladaq ki, ötən gecə Bakının A.M.Şərifzadə küçəsində 5 nəfərdən ibarət qrupla 3 nəfər arasında söyüş üstündə baş verən mübahisə nəticəsində keçmiş məhkum Tural Musayevin üzünün hər iki tərəfinə ülgüclə xəsarət yetirilməsi barədə məlumat yayılmışdı.

Xəbər xətti