İraqın Mosul şəhərində terrorçu İŞİD qruplaşması 200 mülki sakini qətlə yetirib. "Haber7" xəbər verir ki, bunu İraq parlamentinin Ninova rayonundan olan deputatı İntisar əl-Cuburi bildirib.
O bildirib ki, terrorçular həmin sakinləri onlar tərəfdən döyüşməyə məcbur etmək istəyiblər, lakin mülki insanlar buna qarşı çıxdıqlarına görə, qətlə yetiriliblər.
Deputat söyləyib ki, qətllər Mosulun bir neçə rayonunda törədilib. O, öldürülənlərin cənazələrinin ailələrinə verilmədiyini də vurğulayıb.