Avtobus qəzasına görə matəm elan olunub

17:20 - 21 Oktyabr 2016 - HADİSƏ

Kosta-Rikada avtobus qəzası nəticəsində baş verən insan tələfatı ilə əlaqədar ölkədə matəm elan olunub. Ucnoqta.az "Anadolu" informasiya agentliyinə istinadla xəbər verir ki, Kosta-Rikanın paytaxtı San-Xose şəhərinin şimalındakı Cinchona kəndi yaxınlığında avtobusun uçuruma aşması 12 nəfərin ölümünə səbəb olub. Hadisə zamanı yaralanan 15 nəfərdən 12-nin vəziyyətinin isə ağır olduğu bildirilir.

İnsidentlə əlaqədar Kosta-Rikanın dövlət başçısı Luis Guillermo Solis ölkədə üç günlük matəm elan edib.
Qeyd edək ki, oktyabrın 20-də Kosta-Rika Milli Universitetindən təqaüdə çıxanları hinduların yaşadığı Guatuso (Maleku) düşərgəsinə aparan avtobus 15 metr dərinliyi olan uçuruma yuvarlanıb.

Xəbər xətti